Prezident İlham Əliyev İndoneziyaya gedəcək

15.11.2017 10:23

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev İndoneziyaya rəsmi səfər edəcək.

Bu barədə açıqlamasında İndoneziyanın ölkəmizdəki səfiri Husnan bey Fananie bildirib. Səfirin sözlərinə görə, prezidentin səfəri gələn il baş tutacaq.

"Bu yaxınlarda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun İndoneziyaya səfəri gözlənilir. Cənab nazirin İndoneziyada Bali Demokratiya Forumunda iştirak edəcəyi planlaşdırılır. Forum çərçivəsində ikitərəfli əlaqələr müzakirə olunacaq. Çox güman ki, Azərbaycan prezideni İlham Əliyevin də İndoneziyaya səfəri müzakirə olunacaq. Ümid edirəm ki, Azərbaycan prezidentinin səfəri gələn ilin əvvəlində, ya da ortalarında baş tutacaq”./azvision.az

© xezerxeber.az


36 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR