Prezident Mahmud Abbasa məktub göndərib

14.11.2017 18:22

Azərbaycan prezidenti İlham Əliyev Fələstin Dövlətinin prezidenti Mahmud Abbasa məktub göndərib.

XəzərXəbər-in məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

"Hörmətli cənab Prezident, ölkənizin milli bayramı – Fələstin Dövlətinin Elan Edilməsi Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Fələstin əlaqələrinin genişlənməsi və möhkəmlənməsi bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və tərəqqi arzulayıram”.

© xezerxeber.az


81 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR