Şahin Mustafayevin sədri olduğu komissiya Qahirədə toplanacaq

14.11.2017 12:25

2018-ci ilin fevral ayında Qahirədə Misirlə Azərbaycan arasında hökümətlərarası komissiyanın iclası keçiriləcək.

Bunu Misirin Azərbaycandakı səfiri Syüzan Cəmil bildirib.

Görüşdə energetika, siyasət, iqtisadiyyat və digər məsələlər üzrə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələləri müzakirə olunacaq.

Qeyd edək ki, Komissiyaya Azərbaycan tərəfindən iqtisadiyyat naziri Şahin Mustafayev, Misir tərəfindən isə Misirin texniki əməkdaşlıq fondunun rəhbəri sədrlik edir.

© xezerxeber.az


33 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR