Ərdoğan Rusiyada Qarabağ münaqişəsini müzakirə edəcək - Prezident açıqlama verdi

13.11.2017 15:45

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan Rusiyaya səfəri çərçivəsində prezident Vladimir Putinlə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparacaq.

Xezerxeber.az məlumat verir ki, bu barədə Rusiyaya səfəri ərəfəsində İstanbul Atatürk Hava Limanında jurnalislərə açıqlama verən R.T.Ərdoğan bildirib. 

Jurnalistin "səfəriniz çərçivəsində Putin ilə Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəksinizmi" sualına Ərdoğan münasibət bildirib.
"Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Putinlə müzakirə aparacağımı düşünürəm",-deyə Türkiyə prezidenti cavab verib. 

© xezerxeber.az


185 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR