Aİ nümayəndəsi: “Azərbaycanla saziş tələsik deyil, yaxşı hazırlanmalıdır”

13.10.2017 18:28

"Düşünürəm ki, Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlığa dair yeni sazişin müzakirəsinin növbəti mərhələsi noyabrın 24-də keçiriləcək "Şərq Tərəfdaşlıq" sammitinədək baş tutacaq".
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri səfir Kestutis Yankauskas deyib.
Səfir bildirib ki, sazişin hazırlanması istiqamətində işlər yaxşı gedir: "Bu saziş Aİ və Azərbaycan arasında gələcək əməkdaşlığın fundamental prinsiplərini əks etdirir. Buna görə də sazişin tələsik yox, yaxşı hazırlanması lazımdır. Saziş sammitə qədər hazırlansa, daha yaxşı olar. O vaxta kimi çatdırmasaq, çalışacağıq ki, işləri tez yekunlaşdırmaq üçün danışıqları eyni tempdə davam etdirək".

© xezerxeber.az


65 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR