İraqda İŞİD-dən xilas edilən 4 yaşlı Abdulla Azərbaycana gətirilib

13.10.2017 10:11

İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.
XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.
Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: "Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır”.

© xezerxeber.az


66 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR