Rusiya, Azərbaycan və İran prezidentlərinin Tehran görüşünün vaxtı məlum olub

12.10.2017 15:45

Rusiya, Azərbaycan və İran prezidentləri Vladimir Putin, İlham Əliyev və Həsən Ruhani arasında keçiriləcək üçtərəfli görüşün tarixi bəlli olub.
İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Məmmədrza Nəcəfi APA-ya bildirib ki, görüşün bu il noyabrın 1-də Tehranda keçirilməsi gözlənilir.
M. Nəcəfi bildirib ki, görüşdə ölkələr arasında regional əməkdaşlığa dair məsələlər müzakirə ediləcək.
Prezidentlərin ikitərəfli görüşləri də nəzərdə tutulur.

© xezerxeber.az


82 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR