Prezidentin mətbuat xidməti tərəfindən arxivə yeni sənədlər təhvil verilib

12.10.2017 15:02

Azərbaycan Respublikası Prezidentinin mətbuat xidməti tərəfindən üç saxlama vahidi kinosənəd daimi saxlanılmaq məqsədilə Dövlət Kino-Foto Sənədləri Arxivinə təhvil verilib.

Milli Arxiv İdarəsindən AZƏRTAC-a bildirilib ki, ümumi xronometrajı 5 saat 8 dəqiqə olan kinosənədlər Prezident İlham Əliyevin sədrliyi ilə 2017-ci ilin birinci, ikinci, üçüncü rübündə Nazirlər Kabinetində keçirilmiş iclasları əks etdirir. Eyni zamanda, kino sənədlər qəbul edilmiş dövlət proqramlarının icra olunmasını, qeyri-neft sektorunun inkişafını, ölkənin xaricə məhsul ixracının vəziyyətini, müasir istehsal sahələrinin yaradılmasını, infrastruktur təminatının yaxşılaşdırılması yönündə görülən işləri, kənd təsərrüfatı məhsulları istehsal edən sahibkarlıq obyektlərinə dövlət qayğısını, habelə ölkənin ərzaq məhsulları ilə təminatını, əhalinin məşğulluğunu, turizm sahəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi və bir sıra vacib məsələlərin müzakirəsini özündə əks etdirir.

Hazırda kinosənədlərin arxiv fonduna qəbulu rəsmiləşdirilir. Hər bir sənəd haqqında müfəssəl məlumat bazası hazırlanır.

© xezerxeber.az


84 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR