ABŞ Ermənistan ordusunun silahlanmasına kömək edir

12.10.2017 13:00

"Birləşmiş Ştatlar Ermənistan ordusunun silahlanmasına kömək edir"

Bu barədə ABŞ-ın Kanzas ştatının Milli Qvardiya komandiri, general-mayor Li Tafanelli bildirib.

Generalın sözlərinə görə, Ermənistandan Kanzasa artıq iki ildir ki, hərbçilərin qrupu gəlir. Onlar orada amerikalılı hərbçilərlə birgə qalır və təlim keçirlər.

"Biz Ermənistana bir sıra sahələrdə öz müdafiəsini gücləndirməyə, o cümlədən fövqəladə halların idarə olunmasında kömək etmək istəyirik"- amerikalı general deyib.

Ümumiyyətlə, Ermənistan və Kanzas Milli Qvardiyası 14 ildir ki, hərbi əməkdaşlıq edir. Generalın bildirdiyinə görə, müdafiə sahəsində Ermənistan-ABŞ hərbi əməkdaşlığı əsasən humanitar sahədə cəmləşib, hətta hərbçilər Ermənistanda qocalar evlərini təmir ediblər.

Li Tafanelli ABŞ-ın Ermənistan ordusunda həkim və sülhməramlılarının hazırlaması, o cümlədən silahlanmaya kömək etdiyini də etiraf edib. /azvision.az

General Tafanellinin sözlərinə görə, Birləşmiş Ştatlar erməni əsgərlərini NATO qoşunlarının yüksək standartlarına uyğun hazırlayır.

"ABŞ-ın məqsədi regional sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, o cümlədən demokratiya və azad bazar münasibətlərinin qurulmasıdır"- deyə general əlavə edib.

O, həmçinin Ermənistanın KTMT-yə üzv olması, ərazisində rus hərbi bazasının yerləşməsinə baxmayaraq, bunun aparılan əməkdaşlığa maneə olmadığını və yaxın gələcəkdə Ermənistanla əməkdaşlığın davam edəcəyini vurğulayıb.

© xezerxeber.az


51 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR