Türkiyə prezidenti AÇG-nin işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılmasına dair sazişin imzalanması mərasiminə təbrik ünvanlayıb

14.09.2017 10:13

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimə təbrik ünvanlayıb.

Təbriki Türkiyənin enerji və təbii qaynaqlar naziri Berat Albayraq oxuyub. B. Albayraq deyib ki, Azərbaycan nefti Türkiyə üzərindən dünyaya ixrac edilir: "İnşallah, gələn il TANAP-la qazın ixracı sahəsində bu əməkdaşlıq daha da güclənəcək".

© xezerxeber.az


57 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR