Prezident: "Azəri-Çıraq-Günəşli" yataqlarının işlənməsinə dair yeni kontrakt Azərbaycan üçün daha yaxşı şərtlərlə imzalanır"

14.09.2017 09:42

"Bu gün Azərbaycan üçün əlamətdar və tarixi bir gündür. "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsində yeni dövr başlayır”.

Bunu bu gün "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişin imzalanması ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan prezidenti İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, bu gün imzalanacaq kontraktın ölkəmiz üçün böyük əhəmiyyəti var: "Bu yataqların işlənməsi 2050-ci ilə qədər uzadılır. Bu kontrakt Azərbaycan üçün daha əlverişli, daha yaxşı şərtlərlə imzalanır. Kontrakt imzalanandan sonra ölkəmizə xarici investorlar tərəfinlən 3,6 miyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək". (APA)

© xezerxeber.az


292 dəfə oxunub

ÇOX OXUNANLAR