Britaniyalı nazir Azərbaycana gəlir

13.09.2017 16:07

Böyük Britaniyanın Avropa və Amerika məsələləri üzrə dövlət naziri Alan Dunkan Azərbaycana gəlir.
Bu barədə APA-ya Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.
Onun sabah Bakıda "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun 2050-ci ilədək işlənilməsinə dair müqavilənin imzalanması mərasimində iştirak edəcək.
2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) AÇG-nin 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər həmçinin yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Razılaşma AÇG-yə irihəcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-də gündəlik neft hasilatı təxminən 620 min barreldir. Tərəfdaşlıq üzrə işləri BP idarə edəcək.

© xezerxeber.az


99 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR