DİQQƏT! Xüsusi avtonəqliyyat almaqla bağlı təlimat dəyişdi

13.09.2017 15:48

"Xüsusi avtonəqliyyat almaq üçün tibbi göstərişləri olan əlillərin avtomobil və motorlu araba ilə təmin edilməsi qaydaları haqqında Təlimat"da dəyişiklik edilib.

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, sənədə edilən yeni dəyişikliyə əsasən, avtomobili pulsuz almağa hüququ olan və növbədə duran əlillərə avtomobil verilmədikdə onlara ildə iki dəfə nəqliyyat xərci kimi əmək pensiyasının minimum məbləğinin baza hissəsinin 20 faizi məbləğində pul kompensasiyası verilir.

İndiyədək isə bu, sənəddə yaşa görə pensiyanın baza hissəsi kimi qeyd edilirdi.

© xezerxeber.az


74 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR