Müdafiə naziri İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub

13.09.2017 12:58

İsrailə rəsmi səfəri çərçivəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti İsrail Silahlı Qüvvələrinin Komanda və İdarəetmə Mərkəzində olub.

Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, qurumun strukturu və fəaliyyəti ilə tanış olan müdafiə nazirinə bildirilib ki, mərkəzin əsas məqsədi qoşunların təşkili, idarə olunması, onlara nəzarət və digər tapşırıqlardan ibarətdir.

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR