Azərbaycanın NATO yanında nümayəndəsi və Türkiyədəki səfiri vəzifələrindən geri çağırıldı

12.09.2017 18:17

Prezident İlham Əliyev Xəzər Zafir oğlu İbrahimin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Faiq Nüsrət oğlu Bağırov Azərbaycan Respublikasının Türkiyə Respublikasında və eyni zamanda Makedoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR