Sürücülərin diqqətinə - Bu yol 3 gün bağlı olacaq

08.08.2017 17:19

Sabunçu rayonunda Balaxanı- Binəqədi yolunda(Balaxanı qəsəbəsinin mərkəzindən Binəqədi yolunun başlanğıcına kimi) avtonəqliyyat vasitələrinin hərəkəti bu gündən etibarən qismən məhdudlaşdırılacaq.

XəzərXəbər "Azəravtoyol" ASC-yə istinadən xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar olaraq sözügedən avtomobil yolunda məhdudlaşdırma avqust ayının 11- nə kimi qüvvədə olacaq. Qurum vətəndaşlardan yarana biləcək narahatlığa görə öncədən üzr istəyir, sürücülərdən alternativ yol kimi Zabrat avtomobil yolu və Ziya Bünyadov prospektindən istifadə etmələrini tövsiyə edir.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR