Bakı
16 C
USD
EUR
1.7003
1.9798
RUB
GBP
0.0287
2.2344
XƏBƏR
ARXİVİ

Parkda uşaqları oğurlayan qadınlarla bağlı xəbərə DİN-in MÜNASİBƏTİ

08.08.2017 13:05

Dünən sosial şəbəkələrdə paytaxtın küçə və parklarında uşaqlı analara qarşı təhlükə yaranması, onlara yaxınlaşan iki qadının uşağın sağlamlığı ilə bağlı anaları sorğu-suala tutmaları, bugünlərdə bir qadının uşağının səhhəti ilə maraqlanandan sonra hətta onu oğurlamaları, bu qadınların orqan alverçiləri olduqlarının güman edilməsi barədə məlumat paylaşılıb.

Belə statusların nə dərəcədə reallığa uyğun olub-olmadığını öyrənmək üçün DİN-in Mətbuat Xidməti ilə əlaqə yaratdıq. Mətbuat Xidmətinin şöbə rəisi İlham Babayev sosial şəbəkələrdə və hətta bir sıra xəbər saytlarında yayılan bu məlumatın tamamilə şayiə və yalan olduğunu bildirdi:

"Ajiotaj, sensasiya yaratmaq məqsədi ilə ordan-burdan eşidilən, kiminsə ehtimal və güman etdiyi fikirləri mətbuata çıxarmaq insanlar arasında çaşqınlıq yaratmağa uğursuz cəhddən başqa bir şey deyil. Əminliklə bildirirəm ki, son vaxtlar polis orqanlarına belə məzmunlu heç bir şikayət və müraciət daxil olmayıb”.

Şöbə rəisi sonda onu da vurğuladı ki, vətəndaşlarımız hər hansı qanun pozuntusu və ya cinayətlə üzləşdikdə dərhal DİN-in "102 Zəng Mərkəzi”nə, yaxud aidiyyatı üzrə ərazi polis orqanlarına müraciət etməlidirlər.

© xezerxeber.az


157 dəfə oxunub

ÇOX OXUNANLAR