Xəzər Xəbər

Prezident İlham Əliyev Oman və Latviya liderlərini təbrik etdi

Gündəm | 19:48 • 17 Noyabr 2018
Prezident İlham Əliyev Oman və Latviya liderlərini təbrik etdi

Prezident İlham Əliyev Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə təbrik məktubu ünvanlayıb.

XəzərXəbər xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

"Əlahəzrət,

Ölkənizin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Oman xalqına daim əmin-amanlıq və rifah diləyirəm”.

***

İlham Əliyev həmçinin Latviya prezidenti Raymonds Veyonisə təbrik məktubu göndərib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Latviya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Latviya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, ölkələrimiz arasındakı siyasi, iqtisadi və mədəni əlaqələr xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Latviya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.

Xəbər lenti