Xəzər Xəbər

Ceyhun Bayramov bu liseyə yeni direktor təyin etdi

Gündəm | 19:22 • 22 Oktyabr 2018
Ceyhun Bayramov bu liseyə yeni direktor təyin etdi
"Zəngi” liseyinə yeni direktor təyin olunub.

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə bu vəzifə Almaz Əsgərovaya həvalə olunub.

A.Əsgərova bundan əvvəl Təhsil Nazirliyinin Keyfiyyətin təminatı sektorunun müdiri vəzifəsində çalışıb.

Qeyd edək ki, bu ilin avqust ayında "Zəngi” liseyinin yaradıcısı və uzun müddət direktoru olan Azərbaycanın əməkdar təhsil işçisi Bayram Heydərov vəfat edib.(report.az)

Xəbər lenti