Xəzər Xəbər

Məşhur robot prezidentə təqdim olundu

Gündəm | 18:56 • 22 Oktyabr 2018
Məşhur robot prezidentə təqdim olundu
Bu robotun özəlliyi həm də insanları tanıya bilməsidir

Bu gün Prezident İlham Əliyev İmişli rayonuna səfəri çərçivəsində "ASAN Həyat” kompleksinin açılışında iştirak edib.

XəzərXəbər-in xəbərinə görə, "ASAN Həyat” kompleksində dövlət başçısına dünyaca məşhur Robot Sophia təqdim olunub.

Qeyd edək ki, süni intellekt (AI) əsasında Hanson Robotics şirkəti tərəfindən yaradılan Sophia danışıq tərzi, zarafatları və düşündürən cavabları ilə insana olduqca bənzər şəkildə yaradılıb. Sophianın insanlarla göz təması qura bilməsi və insanları tanıya bilməsi üçün kameraları və özəl yazılım sistemi var.

Robot 2015-ci ilin aprel ayında ilk dəfə aktivləşdirilib. 62-dən çox üz hərəkətiylə duyğuları təqlid edə bilən Sofianın dərisi silikondan düzəldilib. Kompüter alqoritmlərinə uyğun çalışan göz kameraları sayəsində Sofia qarşısındakı üzləri izləyə bilir və göz təması quraraq insanları tanıya bilir. Mühəndis David Hanson bu robotları sağlamlığa qayğı, müalicə, təhsil və xidmət sahələrində insanlara köməkçi və yoldaş olması üçün düzəldirik deyib.

Xəbər lenti