Xəzər Xəbər

İranda zəlzələ

Gündəm | 10:15 • 17 Oktyabr 2018
İranda zəlzələ
Zəlzələ 8 saniyə olub

Bu gün səhər tezdən İranın cənubunda 8 kilometr dərinlikdə 5 bal gücündə zəlzələ baş verib.

İRNA xəbər verib ki, İranın Qızıl Ay Təşkilatının Hürmüzqan əyaləti üzrə sədri Əli Amanın sözlərinə görə, zəlzələ əsasən Fin, Ginu, Rızvan və Təngi Bağ rayonlarında olub. Səkkiz saniyə sürən təbii hadisə nəticəsində dağıntı və xəsarət alanların qeydə alınmadığı bildirilib.

Qeyd edək ki, bir gün öncə Şərqi Azərbaycan əyalətinin Zərnək rayonunda 4,4 bal gücündə zəlzələ baş verib.

Xəbər lenti