İlhamə Qədimova kənd təsərrüfatı nazirinin müavini təyin olunub.
AzVision.az-ın məlumatına görə, İ.Qədimova bu təyinata qədər nazirlikdə Hüquq şöbəsinin müdiri vəzifəsini icra edib.
Qeyd edək ki, İ.Qədimova Bakı
şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının
Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr,
dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili alıb və hüquq
elmləri üzrə doktordur.
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.
2010-2012-ci illərdə Prezident
yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş
məslətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan
Respublikasının Prezidenti
yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət
Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib.
2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.