Prezident İlham Əliyev Tahir Süleymanovla bağlı sərəncam imzalayıb.
XəzərXəbər xəbər verir ki, ölkə başçısının sərəncamı ilə Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli
fəaliyyətinə görə Tahir Süleyman oğlu Süleymanov 2-ci dərəcəli "Vətənə
xidmətə görə” ordeni ilə təltif edilib.
Qeyd edək ki, T.Süleymanov Milli Məclisin deputatıdır.