Xəzər Xəbər

Peter Marçek Müdafiə Sənayesi Nazirliyində olub

Gündəm | 23:58 • 21 Sentyabr 2018
Peter Marçek Müdafiə Sənayesi Nazirliyində olub

Sentyabrın 21-də müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev Azərbaycan parlamentinin yaradılmasının 100 illiyi münasibətilə respublikamızda səfərdə olan Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Peter Marçek ilə görüşüb.


Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Slovakiya arasında formalaşmış dostluq münasibətlərindən və müxtəlif sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərindən danışılıb.


Görüşdə Milli Məclisin Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev də iştirak edib.

Xəbər lenti