Ali təhsil
müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil
bazasında kolleclərə qəbul olmaq üçün keçirilən müsabiqənin nəticələri
elan olunub.
Dövlət İmtahan Mərkəzindən XəzərXəbər-ə verilən məlumata görə, müsabiqədə iştirak edənlər iş nömrəsini 7727-ə
göndərməklə müsabiqənin nəticəsi ilə tanış ola bilərlər. Nəticələr yaxın
vaxtlarda DİM-in saytına yerləşdiriləcək.