Xəzər Xəbər

Qurban bayramı günlərində bu dövlət idarəsi işləyəcək

Gündəm | 15:02 • 21 Avqust 2018
Qurban bayramı günlərində bu dövlət idarəsi işləyəcək

Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi və onun regional şöbələri Qurban bayramı günlərində işləyəcək.

Bu barədə DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, avqustun 22-dən 24-dək qeyri-iş günləri olmasına baxmayaraq idarə və onun şöbələrdə vətəndaşların qəbulu adi iş günlərində olduğu kimi davam edəcək.

İş rejimi isə səhər saat 9.00-dan axşam saat 19.00-dək olacaq.

Xəbər lenti

Çox oxunanlar