Xəzər Xəbər

Prezident İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

Gündəm | 19:08 • 14 Avqust 2018
Prezident İlham Əliyev italiyalı həmkarına başsağlığı verdi

Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı verib.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident, Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk".

Xəbər lenti