28 iyun tarixində
Bakıda Əfqanıstan üzrə Beynəlxalq Təmas Qrupunun toplantısı keçiriləcək.
Beynəlxalq Təmas Qrupu 2009-cu ildə təsis edilib və Azərbaycan
Respublikası daxil olmaqla, 60 dövlət və beynəlxalq təşkilat bu qrupda
təmsil olunur.
XIN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Beynəlxalq Təmas Qrupu Əfqanıstan və yerləşdiyi regionun
inkişafına töhfə verilməsi üçün müzakirələrin aparılmasına xidmət edən
platformadır. Əfqanıstanla birlikdə Almaniya Federativ Respublikası
Beynəlxalq Təmas Qrupunun həmsədri rolunda çıxış edir.
Onun sözlərinə görə, 28 iyun tarixində Bakıda
keçiriləcək toplantıda Beynəlxalq Təmas Qrupunda iştirak edən ölkələr
və beynəlxalq təşkilatların təqribən 90-na yaxın nümayəndəsi iştirak
edəcək.
"Tədbirdə Əfqanıstanın dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin iştirakı gözlənilir. 28 iyun tarixində Bakıda Əfqanistanla əlaqədar keçirilən tədbir budur.
Azərbaycan
Respublikası Əfqanıstan ilə bağlı bir sıra beynəlxalq və regional
formatlarda iştirak edir və bu ölkədə sülh, sabitlik və inkişafın təmin
edilməsinə öz töhfəsini verir. 1 dekabr 2017-ci ildə Azərbaycanın
Əfqanıstanla birlikdə həmsədrliyi çərçivəsində "Asiyanın ürəyi- İstanbul
Prosesi”nin yeddinci nazirlər iclası da Bakıda keçirilib.
Kütləvi informasiya vasitələrində verilən məlumata görə Əfqanıstan Prezidenti Əşrəf Ğani Talibanla sülh danışıqları üçün müraciət edib və bu xüsusda, Kabildə tədbirin keçirilməsi nəzərdə tutulur".