Xəzər Xəbər

Elmar Məmmədyarov Belarusa səfər edəcək

Gündəm | 16:24 • 20 İyun 2018
Elmar Məmmədyarov Belarusa səfər edəcək

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Şərq Tərəfdaşlığı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.

Bu barədə xezerxeber.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüş iyunun 21-22-də Belarusun paytaxtı Minskdə keçiriləcək.

Tədbir çərçivəsində E.Məmmədyarovun çıxışı və bir sıra görüşləri nəzərdə tutulub.

Xəbər lenti