Xəzər Xəbər

Emin Ağalarova “Xalq artisti” adı verildi

Gündəm | 13:52 • 27 May 2018
Emin Ağalarova “Xalq artisti” adı verildi
Məşhur müğənni-bəstəkar Emin Ağalarov Azərbaycanın "Xalq artisti" fəxri adına layiq görülüb.


XəzərXəbər xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.


Ölkə başçısının sərəncamına əsasən, "Xalq artisti" adına layiq görülənlər arasında tanınmış şoumen Murad Dadaşov, müğənni Eyyub Yaquvov da var.

Xəbər lenti