"Yol hərəkəti haqqında” qanunda dəyişiklik olunur.
XəzərXəbər xəbər verir ki,, qanunun 33-cü (Nəqliyyat vasitələrini idarəetmə
hüququ) maddəsinin ikinci hissəsi yeni redaksiyada verilir: Azərbaycan
Respublikası ərazisindəki yollarda nəqliyyat vasitələrini idarə etmək
hüququ aşağıdakı yaşlardan yaranır:
1. Velosipedi və arabanı idarəetmə hüququ-14 yaşdan,
2. Asma mühərrikli velosipedi, mopedi və "A1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-16 yaşdan,
3."A”, "B”, "C” kateqoriyasına, "B1” və "C1”, altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-18 yaşdan,
4."BE”
kateqoriyasına və "C1E” altkateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ-19 yaşdan (müvafiq olaraq "B” və ya "C”
kateqoriyasına (o cümlədən "C1” altkateqoriyasına) daxil olan nəqliyyat
vasitələrini idarə etmək sahəsində təcrübə 1 ildən az olmamaq şərtilə),
5."CE”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-21
yaşdan ("C” kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə),
6."D”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini, tramvayları və
trolleybusları və "D1” altkateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarəetmə hüququ-23 yaşdan (65 yaşadək, habelə "B”, "C” və
ya "C1” altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübə 5 ildən az olmamaq şərtilə),
7."D1E”
altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-25
yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına və ya "D1”
altkateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək
sahəsində təcrübə 2 ildən az olmamaq şərtilə),
8."DE”
kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ-26
yaşdan (65 yaşadək, habelə "D” kateqoriyasına daxil olan nəqliyyat
vasitələrini idarə etmək sahəsində təcrübə 3 ildən az olmamaq şərtilə).
Qanunun
34-cü (sürücülük vəsiqəsi) maddəsində də dəyişiklik edilir. Məddənin IV
hissəsinə edilə əlavəyə əsasən, avtomobilləri və motosikletləri idarə
etmək üçün verilən sürücülük vəsiqələrində, bu maddənin üçüncü
hissəsində (Hər hansı şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab
edilməsinin əsaslarını, habelə nəqliyyat vasitələrini idarə etməsinə
mane olan xəstəliklərin və ya fiziki qüsurların siyahısını müvafiq icra
hakimiyyəti orqanı müəyyən edir və sürücülüyə yararsız hesab edilən
şəxslər barədə məlumatları müvafiq icra hakimiyyəti orqanına göndərir)
nəzərdə tutulmuş məlumatlardan başqa, idarə etmə hüququnun qüvvəsinin
şamil edildiyi nəqliyyat vasitələrinin aşağıdakı kateqoriyaları
göstərilir:
"B1”- bu qanun 1-ci maddəsinin 25-3-cü bəndində
kvadrisikl-yüksüz vəziyyətdə kütləsi 400 kq-dan (yükdaşıma üçün nəzərdə
tutulan nəqliyyat vasitələri üçün 550 kq-dan) çox olmayan (elektrik
mühərrikli nəqliyyat vasitələri üçün akkumliyatorın kütləsi nəzərə
alınmır) və maksimal effektiv gücü 15 kVt-dan çox olmayan mühərrikli 4
təkərli mexaniki nəqliyyat vasitələridir,
"C1”-"D” kateqoriyasına
və "D1” altkateqoriyasına daxil edilməyən, icazə verilən maksimal
kütləsi 3500 kq-dan artıq, lakin 7 500 kq-dan çox olmayan avtomobilləri,
habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq
olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün,
"D1”-
sərnişin daşınması üçün nəzərdə tutulan və oturacaq yerlərinin sayı,
sürücü oturacağından əlavə 8-dən artıq, lakin 16-dan çox olmayan
avtomobilləri, habelə qoşqusunun icazə verilən maksimum kütləsi 750
kq-dan artıq olmayan "D1” altkateqoriyasından olan avtomobilləri idarə
etmək üçün,
"C1E”- Qoşqusunun icazə verilən məksimum kütləsi 750
kq-dan artıq, lakin avtomobilin yüksüz kütləsindən çox olmayan və
bütövlükdə belə tərkibin icazər verilən maksimum kütləsi 12 000 kq-dan
artıq olmayan "C1” altkateqoriyasından olan avtomobilləri idarə etmək
üçün.
"D1E”- Sərnişin daşınması üçün nəzərdə tutulmayan
qoşqusunun icazə verilən maksimum kütləsi 750 kq-dan artıq olan, lakin
abtomobilin yüksüz kütləsindən çox olmayan və bütövlükdə belə tərkibinə
icazə verilən maksimum kütləsi 12 000 kq-dan artıq olmayan "D1”
altkateqoriyasından olan avtomobilləri idarə etmək üçün.
Layihəyə
əsasən, A, B, C, D, CE və DE kateqoriyalarına daxil olan avtomobilləri
idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi A1, B1, C1, D1, C1E
və D1E altkateqoriyasına daxil olan avtomobilləri idarəetmə hüququnu
təsdiq edir.
Dəyişiklik Milli Məclisin plenar iclasına tövsiyə olunub, parlament layihəni qəbul edərsə, sənəd 2019-cu ilin yanvarın 1-dən qüvvəyə minəcək.