Xəzər Xəbər

Prezident bu yolun tikintisinə 25 milyon ayırdı SƏRƏNCAM

Gündəm | 17:28 • 19 Aprel 2018
Prezident bu yolun tikintisinə 25 milyon ayırdı

Azərbaycan Prezidenti İlham Əliyev "M-1 Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

APA-nın məlumatına görə, sərəncama əsasən, M-1 Bakı-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 132.7-ci km-dən 192.24-cü km-dək hissəsinin I kateqoriyaya uyğun olaraq tikintisi layihəsinin davam etdirilməsi məqsədi ilə 2018-ci il dövlət büdcəsində islahatlarla bağlı xərclər üçün nəzərdə tutulmuş vəsaitdən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 25 milyon manat ayrılıb.

Maliyyə Nazirliyinə nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

Sərəncamda qeyd edilib ki, "Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılmasına imkan verəcək.

Xəbər lenti