Ankarada Türkiyənin
Energetika və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə "101
rayona təbii qaz çatdırılması” mərasimi keçirilib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, energetika və təbii sərvətlər naziri Berat Albayrak çıxış ediblər.
Çıxışlarda son illər Türkiyənin enerji sahəsində əldə etdiyi layihələrin əhəmiyyəti və perspektivdə olan işlərdən danışılıb.
Hazırda fəaliyyət göstərən Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum enerji xətləri və perspektivdə olan TANAP və TAP xətlərinin həyata keçirilməsində Azərbaycanın karbohidrogen ehtiyatlarının rolu yüksək qiymətləndirilib.
Qarşılıqlı faydalı əməkdaşlığı bütün tərəflər üçün səmərəli olduğunu diqqətə çatdıran Prezidenti Rəcəb Tayyib Ərdoğan
Türkiyənin ortaq layihələrinin faydasından danışaraq deyib: "Enerji
siyasətimizi Azərbaycanla birlikdə həyata keçirdik, birlikdə də
bəhrəsini görürük...”
Türkiyə ərazisinin sürətlə
qazlaşdırıldığını diqqətə çatdıran Baş nazir Binəli Yıldırım məlumat
verib ki, 2002-ci ildə Türkiyənin cəmi 6 vilayəti qazlaşdırılmışdı.
Hazırda isə ölkənin 78 vilayəti, o cümlədən əhalinin 77 faizi təbii
qazla təmin olunub.
Energetika və təbii sərvətlər naziri Berat
Albayrak Türkiyənin enerji siyasətinin nəticələri və qarşıda duran
vəzifələr barədə ətraflı məlumat verib. (AzərTAc)