Xəzər Xəbər

Azərbaycan prezidenti Roma Papasını təbrik etdi

Gündəm | 19:00 • 17 Mart 2018
Azərbaycan prezidenti Roma Papasını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev Roma Papası Fransisk Həzrətlərinə təbrik ünvanlayıb.

XəzərXəbər xəbər verir ki, dövlət başçısı Ropa papasını tacqoyma günü münasibətilə təbrik edib:

"Son dövrdə Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasındakı münasibətlər yeni mərhələyə qədəm qoyub. Həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər sivilizasiyalar və dinlər arasında dialoqun və tolerantlığın təşviqinə töhfədir.

Ümidvaram ki, ümumbəşəri dəyərlərin təntənəsinə, dünyada sülhün, sabitliyin qorunub saxlanmasına, insanlar arasında qarşılıqlı anlaşma, dəstək və həmrəyliyin bərqərar olmasına yönəlmiş səmimi dialoqumuzu bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik”.

Xəbər lenti