Xəzər Xəbər

Xocalı soyqırımı İsraildə anılacaq

Gündəm | 18:21 • 21 Fevral 2018
Xocalı soyqırımı İsraildə anılacaq

Fevralın 23-də İsrailin Tel-Əviv şəhərində İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası "Xocalıya ədalət!” kampaniyası çərçivəsində Xocalı soyqırımına həsr olunan tədbir keçirəcək. Bu barədə xezerxeber.az-a Milli Məclisdən məlumat verilib.

Tədbirdə Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da iştirak edəcək.

İsrail Knessetinin deputatlarının, səfirlərin, ictimai təşkilatların rəhbərlərinin və şəhər merlərinin iştirak edəcəkləri tədbirdə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılacaq, faciənin ağır nəticələri barədə məlumat veriləcək.

Xəbər lenti