"Azərbaycan, sözün əsl
mənasında, futbol ölkəsidir. Mən hələ FIFA prezidenti olmamışdan öncə
UEFA-da çalışdığım dövrdə biz AFFA ilə birgə əməkdaşlıq etmişik. Biz
hələ o zaman irəliyə baxaraq Azərbaycanla birgə layihələr üzərində
düşünürdük”
XəzərXəbər xəbər verir ki, bu sözləri FIFA prezidenti Canni İnfantino bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdə bildirib.
"Mən
və baş katib Fatma Samoura Azərbaycanda ümumilikdə futbolun və futbol
hərəkatının inkişafının şahidiyik. Siz artıq 17 yaşına qədər olan
qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsini Bakıda təşkil etmisiniz”.
Canni İnfantino Bakının
"Avro-2020”yə ev sahibliyi edəcək 13 şəhərdən biri olmasının
əhəmiyyətini qeyd edib. O bildirib ki, ölkəmizdə futbol
infrastrukturunun yaradılmasına və uşaq futboluna böyük önəm verilməsi
Azərbaycanda futbolun inkişafına gətirib çıxarıb.
Canni İnfantino, eyni zamanda, bildirib ki, 2019-cu ildə Bakıda keçiriləcək UEFA Avropa
Liqasının final matçı Azərbaycanda futbolun inkişafının nəticəsidir.
Canni İnfantino futbol üzrə Azərbaycan milli komandasının və "Qarabağ” futbol klubunun uğurlar qazandığını vurğulayıb və AFFA-nın fəaliyyətinin bir çox ölkələr üçün nümunə olduğunu qeyd edib.