Xəzər Xəbər

Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gündəm | 16:21 • 23 Oktyabr 2017
Gürcüstanın baş naziri Azərbaycana səfər edəcək

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıya səfər edəcək.

 

G. Kvirikaşvili Bakı-Tbilisi-Qars dəmir yolunun oktyabrın 30-da Bakıda keçiriləcək rəsmi açılış mərasimində iştirak edəcək.

 

Qeyd edək ki, mərasimdə iştirak etmək üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana gələcək. (APA)

Xəbər lenti