Xəzər Xəbər

Ərdoğan dekabrın 8-də Bakıya gəlir

Gündəm | 16:26 • 4 Dekabr 2020
Ərdoğan dekabrın 8-də Bakıya gəlir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 8-də Bakıya gələcəyini açıqlayıb.


Xezerxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan Bakıya həyat yoldaşı Əminə Ərdoğanla birgə səfər edəcəyini bildirib: "Dekabrın 8-də Bakıda bir sıra tədbirlərdə iştirak edəcəyik".


Qeyd edək ki, Ərdoğanın Bakıda Qələbə günü ilə bağlı keçiriləcək paradda iştirak edəcəyi bildirilirdi.


Sevinc Yasinqızı


Xəbər lenti