Xəzər Xəbər

Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb - Foto

Gündəm | 12:50 • 4 Dekabr 2020
Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb -

Bu gün Təzəpir məscidində Vətən müharibəsi şəhidləri anılıb.

 Şəhidlərin xatirəsi yad edilib, namaz qılınıb, onların ruhuna dualar oxunub.

QMİ Sədrinin müavini Fuad Nurullayev jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu yad edilir: "30 il həsrətində olduğu torpaqlara Azərbaycan insanı bu gün gedə bilir. 30 ildir qəbiristanlıqlar, məscidlər əsirlikdə idi. Onlar da əsirlikdən xilas edildi. Əsirlikdən qurtaran ərazilərdə olan məscidlərdən azan səsləri ucalacaq, həmin məscidlər bərpa ediləcək. Bu gün bir çox məscidlərdə şəhidlərin ruhu yad edilir. Müqəddəs Quranın buyurduğu kimi şəhidlər ölməzdir, onlar əbədi dirilik qazanıblar”.

Qeyd edək ki, Prezident İlham Əliyev Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında Sərəncam imzalayıb.

Xatırladaq ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu şəhid olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.

100 nəfərdən artıq hərbi qulluqçumuz itkin düşmüş hesab olunur.

Hazırda 1245 nəfər hərbi qulluqçumuz tibb müəssisələrində müalicə olunur. (apa)

Sevinc 

Xəbər lenti