Xəzər Xəbər

Azərbaycandan Derbi Şəhər Şurasına etiraz məktubu

Gündəm | 12:56 • 28 Noyabr 2020
Azərbaycandan Derbi Şəhər Şurasına etiraz məktubu

İngiltərədə yaşayan azərbaycanlı icması ın ərazi bütövlüyünün tanınması və işğalçını dəstəkləyən addımların atılmaması ilə bağlı Derbi ŞəhAzərbaycanər Şurasına müraciət edib.


Diasporla İş üzrə Dövlət Komitəsindən xezerxeber.az-a verilən xəbərə görə, Derbi Şəhər Şurasının baş icraçı direktoru Paul Simpsona ünvanlanan müraciətdə qeyd edilib ki, Dağlıq Qarabağın müstəqil bir dövlət kimi tanınması ilə bağlı təklif yalan və ermənipərəst təbliğatdan ibarətdir.


"Bu addıma kəskin etirazını bildirən azərbaycanlı icması xəbərdarlıq edib ki, Azərbaycanın dünya birliyi, o cümlədən İngiltərə tərəfindən tanınan ərazi bütövlüyünə zidd olan belə qərarın qəbulu beynəlxalq hüquq və normalara qarşı olmaqla yanaşı, həm də Azərbaycan-İngiltərə əlaqələrinə zərbə vura bilər.

Vurğulanıb ki, qəbul olunmuş qərar Birləşmiş Krallıqla Azərbaycan arasında mövcud olan ikitərəfli əlaqələrə və Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyünə göstərilmiş etimada hörmətsizlik kimi dəyərləndirilir. İnanırıq ki, qəbul olunmuş qərar tezliklə Şura tərəfindən ləğv ediləcəkdir”, - deyə bildirilib.


Qeyd olunub ki, etiraz məktubu Britaniya Azərbaycanlıları İcması, Britaniya Azərbaycanlıları Assosiasiyası, Beynəlxalq Azərbaycan İcması təşkilatları və İngiltərədə yaşayan azərbaycanlılar tərəfindən ünvanlanıb.

Xəbər lenti