Xəzər Xəbər

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Gündəm | 17:08 • 27 Oktyabr 2020
Azərbaycan XİN Pakistana başsağlığı verdi

"Pakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib”.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin tvitter səhifəsində qeyd olunub.

"Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, - bildirilib.

Xəbər lenti