Xəzər Xəbər

Türkiyə parlamentinin sədri zərərçəkmişlərə baş çəkib

Gündəm | 14:07 • 20 Oktyabr 2020
Türkiyə parlamentinin sədri zərərçəkmişlərə baş çəkib

Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentop Gəncəyə səfəri zamanı erməni terroru zamanı həlak olan şəxslərin yaxınları ilə görşüb.


Bu barədə "Report" xəbər verir.


O, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dünyasını dəyişən şəxslərin yaxınlarına başsağlığı verib.


"Allah sizlərin yardımçınız olsun. Azərbaycan düşmən tapdağı altında olan torpaqları işğaldan azad edəcək. Zəfər yaxındadır. Bir millət iki dövlətik", - M.Şentop deyib.


Qeyd edək ki, Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti Gəncə şəhərinə səfərə gəlib.


TBMM sədri Ermənistan silahlı qüvvələri tərəfindən Gəncədə erməni təxribatı nəticəsində dağıdılmış yaşayış mərkəzlərini ziyarət edib.

Xəbər lenti