Xəzər Xəbər

Baş prokuror: Erməni təxribatları ilə bağlı 20-dən çox cinayət işi başlanıb

Gündəm | 18:55 • 17 Oktyabr 2020
 Baş prokuror: Erməni təxribatları ilə bağlı 20-dən çox cinayət işi başlanıb

"Erməni təxribatları ilə bağlı müxtəlif faktlar üzrə 20-dən çox cinayət işi başlanıb. Hazırda lazım olan bütün sübutlar toplanılır və biz Ermənistanın siyasi rəhbərliyinin məsuliyyətə cəlb edilməsi üçün müxtəlif istiqamətlərdə hərəkət edəcəyik”.


Xezerxeber.az-ın məlumatına görə, bunu diplomatik nümayəndələrin Gəncəyə səfərinə həsr olunan brifinqdə Baş prokuror Kamran Əliyev deyib.


O bildirib ki, Gəncənin bombalanması və dinc əhalinin raket atəşinə məruz qalması birbaşa Ermənistanın siyasi-hərbi rəhbərliyinin tapşırığı ilə həyata keçirilib: "Onların məsuliyyətə cəlb olunmaları üçün bütün prosedur qaydalara uyğun olaraq - həm daxili qanunvericiliyə, həm də beynəlxalq qanunvericiliyin tələblərinə uyğun sübutlar toplanır. Bunlar barədə müxtəlif vasitələrdən istifadə etməklə həm BMT-nin müvafiq tribunalının yaradılması ilə bağlı, eyni zamanda İnsan hüquqları üzrə Avropa Məhkəməsinə müraciət edilməsi ilə bağlı iddialar qaldırılacaq”.

Xəbər lenti