Xəzər Xəbər

Ölkədə 8 minə yaxın şagird məktəbdən İMTİNA ETDİ

Gündəm | 09:45 • 22 Sentyabr 2020
Ölkədə 8 minə yaxın şagird məktəbdən İMTİNA ETDİ

Təhsil Nazirliyi ümumtəhsil müəssisələrində koronavirusla bağlı vəziyyətə dair məlumat yayıb.


Təhsil Nazirliyindən XəzərXəbər-ə verilən məlumata görə, respublika üzrə ümumi təhsil müəssisələrində bu günə olan məlumata əsasən, ümumilikdə ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin (1, 26 faiz) valideyni övladının tədris prosesində əyani şəkildə iştirakından imtina etməsi ilə bağlı iltizam sənədi imzalayıb. Yeni tədris ilindən etibarən məktəblərə gələn işçi sayı (müəllim, texniki heyət və rəhbər heyət) 65 460 nəfər olub.


Təhsil Nazirliyi bütün şagirdləri, valideynləri, müəllimləri və işçi heyətini sosial məsafəni qorumağa, şəxsi gigiyenik vasitələrdən mütəmadi olaraq istifadə etməyə və sanitar-gigiyenik qaydalara əməl etməyə çağırır.


Xəbər lenti