Xəzər Xəbər

Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir

Gündəm | 18:01 • 18 Sentyabr 2020
Nazirlik: Meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir

Azərbaycanda 2300 hektara yaxın meşə ərazisinin rekreasiya zonası kimi istifadə edilməsinə icazə verilir. Lakin meşə ərazilərində tikinti işlərinin aparılmasına icazə verilmir.


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) "Ekspert saatı" verilişində nazirliyin Meşələrin İnkişafı Xidmətinin rəisi Namik Xıdırov deyib.


Onun sözlərinə görə, meşələrdən rekreasiya məqsədilə istifadə üçün sahibkarlarla daimi müqavilə bağlanılmır: "Sahibkarların xəbəri olmadan orada monitorinqlər aparılır. Əgər onlar mövcud tələblərə uyğun fəaliyyət göstərirlərsə, onlarla bağlanan müddətli müqavilənin müddəti uzadılır. Lakin çox təəssüf ki, istirahət mərkəzləri adı altında fəaliyyət göstərən obyektlər çirkab suları meşə ərazilərinə axıdırlar, tullantıları meşələrə atırlar”.

Xəbər lenti