Xəzər Xəbər

XİN başçısı: “Münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıyıq”

Gündəm | 12:55 • 12 Avqust 2020
XİN başçısı: “Münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıyıq”

"Beynəlxalq təşkilatlar və dövlətlər Ermənistana ciddi təzyiq etməlidirlər”.


XəzərXəbər xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov "CNN Türk”ə müsahibəsində deyib.


"Azərbaycan tərəfi olaraq biz münaqişənin siyasi yolla həll olunmasının tərəfdarıyıq. Bu münaqişənin siyasi yolla həll olunmasının kifayət qədər hüquqi bazası var. Hələ 1993-cü ildən başlayaraq BMT-nin 4 qətnaməsi var. Həmin 4 qətnaməyə əsasən, Azərbaycan ərazilərindən qanunsuz hərbi birləşmələrinin çıxarılması tələb olunur. Azərbaycanın məcburi köçkünlərinin həmin ərazilərə dönməsinin təmin edilməsi tələb olunur. Eyni zamanda Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin bərpa olunması tələbi irəli sürülüb. Eyni sənədlər müxtəlif beynəlxalq təşkilatların sənədlərində, qətnamə və qərarlarında da öz əksirini tapmışdır. Belə olan təqdirdə məslənin siyasi dialoq yolu ilə həlli aydındır. Azərbaycanın burada mövqeyi dəyişməzdir və dönməzdir. Həmin o qətnamələr tam olaraq yerinə yetirilməlidir”, - C.Bayramov vurğulayıb.

Xəbər lenti