Xəzər Xəbər

Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir? TƏBİB-dən AÇIQLAMA

Gündəm | 12:38 • 12 Avqust 2020
Rayonlara gediş-gəliş gələn həftədən bərpa edilir?

Xəbər verdiyimiz kimi, avqustun 11-də Nazirlər Kabineti "Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə" qərarına dəyişiklik edib.


Açıq havada olan kafe və restoranların gələn həftədən açılması gözlənilir. Eyni zamanda rayonlara gediş-gəliş də bərpa edilə bilərmi?


XəzərXəbər xəbər verir ki, bununla bağlı KONKRET.az-a danışan "Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin" (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, hazırda rayonlara gediş-gəliş məsələsi müzakirə olunur:


"Bununla bağlı qərar qəbul edilərsə, bu barədə brifinqdə məlumat veriləcək.


Ümumiyyətlə rayonlara gediş-gəlişə icazə verilməsi ilə bağlı qərarı Operativ Qərargah verir".

Xəbər lenti