Xəzər Xəbər

Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur

Gündəm | 12:04 • 12 Avqust 2020
Gürcüstandan 280 nəfərə yaxın azərbaycanlı təxliyə olunur

Daha 279 nəfər azərbaycanlının Gürcüstandan Azərbaycana təxliyəsi həyata keçirilir.


Onların 74-ü Azərbaycan, 202-si Gürcüstan, 2-si Rusiya, 1-i isə Ukrayna vətəndaşıdır.


Həmin şəxslər ötən gün koronavirusla bağlı test olunublar və heç birində virus aşkarlanmayıb.


Təxliyə olunan şəxslər səfirlikdən COVID-19 arayışı alandan sonra saat 10:00-da 5 avtobusla Azərbaycanla sərhəddəki "Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə çatdırılacaqlar.


Qeyd edək ki, pandemiya dövründə Gürcüstan vasitəsilə 1 500 nəfərə yaxın azərbaycanlı Azərbaycana çatdırılıb. (report)

Xəbər lenti