Prezidentİlham Əliyevin müvafiq sərəncamları ilə 2016-2019-cu illərdə ölkəmizin 45 bölgəsində ümumilikdə 293 modul tipli məktəb quraşdırılıb. 2020-ci ilin sonuna kimi daha 60 modul tipli məktəb istifadəyə veriləcək.
Bununla bağlı Təhsil Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dövlət başçısının 8 avqust 2020-ci il tarixli"Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar əlavə tədbirlər haqqında”sərəncamına əsasən, 13 rayonda daha 26 modul tipli məktəbin quraşdırılması nəzərdə tutulub:
"Sərəncama əsasən, Təhsil Nazirliyinə bunun üçün yeddimilyon manat vəsait ayrılıb.
Modul tipli məktəblərin quraşdırılması ilə bölgələrdə,xüsusilə ucqar kəndlərdə qəzalı və istismar müddəti başa çatmış məktəb problemi tamamilə həll olunacaq”.