Xəzər Xəbər

TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI

Gündəm | 20:15 • 6 Avqust 2020
TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 6-na olan statistik göstəriciləri açıqlayıb.


XəzərXəbər xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 7 050 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 776 179 test aparılıb. Onlardan 33 247-nun cavabı pozitiv çıxıb. İndiyədək 479 nəfər COVID-19-dan dünyasını dəyişib, 29 279 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 3 493 nəfərdir. 263 nəfər reanimasiyada, 58 nəfər süni tənəffüs cihazındadır.


Xatırladaq ki, bu gün Azərbaycanda 144 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 435 pasiyent sağalıb.

Xəbər lenti